Ermənistan parlamentində 44 günlük müharibənin şəraitini öyrənmək üçün istintaq komissiyası yaradılıb.
Teleqraf.com xəbər verir ki, parlament sədrinin müavini, parlament sədrinin səlahiyyətlərini icra edən Akop Arşakyanın imzaladığı bəyanatda komissiyanın deputatların ümumi sayının azı üçdə birinin tələbi ilə yaradıldığı qeyd olunub.
İstintaq komissiyasının səlahiyyətlərini parlamentin Müdafiə və təhlükəsizlik daimi komissiyası həyata keçirəcək.