17 Fevral 2022 13:15
1 319
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ordu faktiki olaraq müstəqil şəkildə Ermənistanın sərhədlərini qorumaq, təhlükəsizliyini təmin etmək iqtidarında deyil”.

Teleqraf.com xəbər verir ki, bunu mətbuat konfransında Ermənistanın ikinci prezidenti Robert Köçəryan deyib.

Onun sözlərinə görə, müharibədən sonra bir ildən artıqdır ki, döyüş hazırlığının və yenidən silahlanmanın bərpası üçün heç bir iş görülməyib.

“Ordu daxilində 300-400 dollara işləyən casusların müəyyən edilməsi Silahlı Qüvvələrdəki mənəvi-psixoloji durumdan xəbər verir. Təsdiqlənmiş hərbi büdcə yaxın gələcəkdə nəyinsə belə sürətlə dəyişdirilə biləcəyinə ümid yaratmır”, Köçəryan qeyd edib.

O, hesab edir ki, hökumət orduya lazımi diqqət yetirmir:

“Təəssürat belədir ki, bu hakimiyyətin döyüşə hazır orduya ehtiyacı yoxdur”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər