Bu gün Şimal-Cənub avtomagistralının Sisian-Kacaran hissəsi üçün ilkin seçim tenderi elan olunub.
Teleqraf.com xəbər verir ki, bunu hökumətin iclasında Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.
O qeyd edib ki, bu mərhələ 70 gün davam edəcək və bundan sonra ixtisaslı şirkətlər tikinti tenderində iştirak edə biləcəklər.
“Son müzakirələr nəticəsində mən regional kommunikasiyaların açılmasını nəzərdə tuturam, biz Şimal-Cənub layihəsini yenidən formalaşdırdıq və onu Şimal-Cənub-Şərq-Qərb layihəsinə çevirdik. Həmin yolun qollarından biri və ya qısaca desək, “Erməni yolayrıcı” şimalla cənubu, yəni Ermənistanla İranı, digər qolu Azərbaycanla Ermənistanı, daha sonra isə Naxçıvanla Türkiyəni birləşdirəcək. Ümid etməliyik ki, ilin sonuna kimi işləri görəcək tikinti şirkətimiz olacaq. Əlbəttə, Şərq-Qərb layihəsi reallaşdırılmayıb, lakin siyasi razılaşmaların əldə olunması kontekstində biz bu hissəni çox sürətlə reallaşdıracağıq”, – deyə Nikol Paşinyan bildirib.