21 Fevral 2022 13:55
670
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan parlamentində maraqlı hadisə baş verib.

Teleqraf.com xəbər verir ki, indiki erməni hakimiyyətinə müxalifətdə olan Köçəryan və Sərkisyanın parlamentdəki deputatları fevralın 23-də parlamentin növbədənkənar iclasının çağırılması və Azərbaycanla Türkiyə arasında imzalanan Şuşa Bəyannaməsini pisləyən bəyanat qəbul edilməsini təklif ediblər.

Ancaq erməni müxalifətçi, deputat Andranik Tevanyan deyib ki, indiki hökumət təklifə elə də müsbət yanaşmayıb.

“Bu gün biz indiki hakimiyyətin biabırçı siyasi qərarının şahidi olduq. Bunun bizim üçün gözlənilməz oldu desəm yalan olar, amma mən gözləmirdim ki, iqtidar partiyası bu cür açıq və aşkar Türkiyəyönümlü siyasəti alqışlayacaq”, - bunu “Ermənistan” müxalifət blokundan olan deputat Andranik Tevanyan deyib.

Onun sözlərinə görə, fevralın 23-də saat 12:00-da parlamentin növbədənkənar iclasının çağırılması, orada müxalifətin hazırladığı və parlamentlərin ratifikasiyasına təsir edən parlamentin Şuşa Bəyannaməsinə dair bəyanarının təqdim edilməsi və müzakirəsi nəzərdə tutulurmuş: “Lakin hazırkı hökumətin bugünkü yanaşmasından sonra inanıram ki, onlar parlamentin təyin edilmiş növbədənkənar iclasını uğursuz keçirə bilərlər”.

Müxalifətçi deputatın şərhinə görə, Paşinyan hakimiyyəti Şuşa Bəyannaməsini pisləyən bəyanatı rədd edib, bununla da sənədi dəstəkləyib:

“Onlar əslində Qarabağın Azərbaycana birləşdirilməsi ideyasını, "erməni soyqırımının” beynəlxalq aləmdə tanınmasının rədd edilməsini, Zəngəzur dəhlizini, eləcə də türklərin irəli sürdüyü bütün ilkin şərtləri dəstəkləyiblər".

Qeyd edək ki, Ermənistan parlamentinin Xarici əlaqələr komissiyası “Ermənistan” müxalifət blokunun Azərbaycan və Türkiyə tərəfindən imzalanan Şuşa Bəyannaməsinin ratifikasiyasına qarşı bəyanat layihəsini dəstəkləməyib. Məlumata görə, komissiyada 4 deputat bəyanat layihəsini dəstəklədiyi halda hakim “Mülki müqavilə” partiyasından olan 6 deputat bitərəf qalıb.


Müəllif: Nemət

Oxşar xəbərlər