Ermənistan Silahlı Qüvvələrinin döyüş mövqeyində güllə yarası olan əsgər meyiti tapılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Xəbərdə deyilir ki, dünən axşan saat 21:10 radələrində cənub-şərq istiqamətindəki döyüş mövqelərindən birində 2002-ci il təvəllüdlü sıravi Albert Levonoviç Miroyanın meyiti aşkar edilib, çənəsindən güllə yarası olduğu bildirilib.
Əlavə olunur ki, hadisənin baş vermə şəraitinin aydınlaşdırılması üçün araşdırma aparılır.
Qeyd edək ki, Ermənistan ordusunda əsgərlərin bir-birini vurması adi hal aldığından sıravui Albert Levonoviçdə böyük ehtimalla daxili qarşıdurmanın qurbanı olub.