6 May 2022 21:43
2 046
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan hökumət aparatı Baş nazir Nikol Paşimyanın istefa verəcəyinə dair yayılan məlumatlara aydınlıq gətirib.

Teleqraf.com “Sputnik Armenia”na istinadən xəbər verir ki, Ermənistan hökumət aparatı rəhbərinin müavini Taron Çaxoyan Paşinyanın istefa xəbərlərini təkzib edib.

O qeyd edib ki, Baş nazirin istefasına dair şayiəni yayanlar qulaqlarının dibini görərlər.

Taron Çaxoyan diqqətə çatdırıb ki, Ermənistan vətəndaşları öz seçimlərini bir il əvvəl ediblər. O bildirib ki, hər il Baş nazirin istefasını və növbədənkənar seçkilərin keçirilməsini tələb etmək absurddur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər