10 May 2022 23:13
805
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Ermənistan hakimiyyətini təmkinli olmağa, etirazçıları isə zorakılıqdan çəkinməyə, qanunun aliliyinə və demokratiyaya hörmət etməyə çağırır.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays baş nazir Nikol Paşinyanın istefası tələbi ilə keçirilən aksiyaları şərh edərkən deyib.

“Ermənistandakı etirazlara gəlincə, bildiyiniz kimi, keçən həftə erməni tərəfi ilə strateji dialoq apardıq. Və məhz bu forumda biz Ermənistanın demokratik inkişafına və ABŞ-ın Cənubi Qafqazda davamlı sülhə dəstəyinə qarşılıqlı sadiqliyimizi bir daha təsdiqlədik.

Biz inanırıq ki, dinc etirazlar açıq siyasi sistemin tərkib hissəsidir. Biz fundamental ifadə və dinc toplaşmaq azadlıqlarını tam dəstəkləyirik. Biz insanları sülh yolu ilə öz fikirlərini ifadə etməyə təşviq edirik. Biz hakimiyyəti təmkinli olmağa və etirazçıları zorakılıqdan çəkinməyə, Ermənistanda qanunun aliliyinə və demokratiyaya hörmət etməyə çağırırıq”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər