Ermənistan ordusunun hərbi qulluqçusu 200 ABŞ dolları müqabilində “dövlət sirri” təşkil edən məlumatları Feysbuk sosial şəbəkəsi vasitəsilə Azərbaycana ötürüb.
Teleqraf.com xəbər verir ki, bu bardə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.
Məlumatda adı açıqlanmayan hərbi qulluqçunun həbs edildiyi və casusluqda ittiham edildiyi bildirilib.
Həmin şəxsin Azərbaycana əsasən “hərbi sirlər”i ötürdüyü iddia edilib.
Hərbi qulluqçu “dövlətə xəyanət” ittihamı ilə həbs olunub və barəsində cinayət işi açılıb.