21 İyun 2022 13:29
1 542
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zəngəzur dəhlizi açılsa, Ermənistan gələcəkdə Azərbaycanın elektrik enerjisinin idxalçısı və istehlakçısına çevriləcək.

Teleqraf.com xəbər verir ki, bunu erməni iqtisadçı Vahe Davtyan deyib.

Ekspert Azərbaycanın Zəngəzur dəhlizini açmaqda qərarlı olduğunu və gələcəkdə buradan Avropaya elektrik enerjisi satmağı hədəflədiyini bildirib.

“Belə bir ssenarinin həyata keçirilməsi o demək olacaq ki, Ermənistan Azərbaycan elektrik enerjisinin təkcə tranzit ölkəsi kimi deyil, həm də gələcəkdə idxalçı və istehlakçı kimi çıxış edəcək. Bunun üçün bütün ilkin şərtlər artıq Ermənistan tərəfindən yaradılıb. Elektrik enerjisi bazar liberallaşdırılıb, bu o deməkdir ki, lisenziyalı şirkət-treyderlər də xarici bazarlardan elektrik enerjisi idxal edə bilərlər”, – Davtyan söyləyib.


Müəllif: Mənsur Rəğbətoğlu