Rusiya Federasiyasında səfərdə olan Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Edvard Asryan rusiyalı həmkarı Valeri Gerasimovla görüşüb.
Teleqraf.com xəbər verir ki, Valeri Gerasimov Edvard Asryanı Qərargah rəisi təyin olunması münasibətilə təbrik edib.
Asryan rusiyalı həmkarına Ermənistan-Azərbaycan sərhədində baş verən son hadisələri, eləcə də Qarabağdakı mövcud vəziyyəti təqdim edib.
Görüş zamanı Ermənistan-Rusiya hərbi əməkdaşlığı ilə bağlı bir sıra məsələlər müzakirə olunub.
Görüşdə həmçinin regional təhlükəsizliklə bağlı məsələlər də müzakirə olunub.