İrəvanda “Sağ Tərəf” adlı təşkilat LGBT icması üçün yeni ofis açıb.
Teleqraf.com xəbər verir ki, bu barədə İsveçin Ermənistandakı səfirliyi məlumat yayıb.
“Bununla LGBT üzvləri və onların ailələri, eləcə də icma tərəfdarları hüquqi və psixoloji məsləhət və dəstəyə çıxış əldə edirlər”, - məlumatda deyilir.
Açılış mərasiminə İsveç, Hollandiya və Böyük Britaniyanın Ermənistandakı səfirləri də qatılıblar.
Baş verənlər sosial şəbəkələrin erməni seqmentində müzakirələrə səbəb olub.