<span "="" style="box-sizing: border-box; font-family: pf_din_text_cond_promedium, Arial, sans-serif; color: rgb(205, 0, 0);">“Amerikalıların, fransızların və ya farsların əlinə keçəcəyimiz önəmli deyil, romantikaya qapılmadan dərhal birləşməliyik”.
Teleqraf.com xəbər verir ki, bunu “Hraparak”ın suallarını cavablandırarkən Ermənistan Parlamentinin deputatı Vahe Akopyan deyib. “Artıq ikinci gündür ki, Ermənistan hakimiyyəti parlamentdə müxtəlif əhəmiyyətsiz məsələləri müzakirə edir, amma ən vacib məsələdən çətinliklə danışır. Nikol Paşinyan 49 qurban barədə məlumat verib. Amma 200-ü çoxdan keçib. 200-dən çox itkimiz var” deyə Akopyan bildirib.
Vahe Akopyan onu da əlavə edib ki, Azərbaycanın məqsədi Zəngəzurla İrəvanın əlaqəsini kəsməkdir.
Xatırladaq ki, bu gün Nikol Paşinyan ölən erməni əsgərlərin sayının 105 olduğunu açıqlayıb. Azərbaycan tərəfi də beynəlxalq humanitar hüquqa və humanizm dəyərlərinə sadiqliyini nümayiş etdirərək Ermənistanı atəşkəsə çağırıb və cari ilin 12-13 sentyabr tarixlərində ölkəmizin ərazi bütövlüyünə qarşı təxribatın qarşısının alınması nəticəsində ölmüş 100-ə qədər Ermənistan hərbçisinin cəsədlərini birtərəfli qaydada qarşı tərəfə təhvil verməyə hazır olduğunu bildirib.
Məlumatlar və qarşı tərəfinin də etiraflarından görünür ki, Ermənistanın itkisi 200-dən artıqdır.