14 Sentyabr 2022 21:43
637
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaradılan vəziyyətə görə baş nazir Nikol Paşinyan Şanxay Əməkdaşlıq Təşkilatının sammitində iştirak etməyəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə "News.am"a hökumətdən məlumat verilib.

Xatırladaq ki, ŞƏT sammiti sentyabrın 15-16-da Səmərqənddə keçiriləcək. Özbəkistan prezidentinin mətbuat katibi Şerzod Əsədov daha əvvəl öz Facebook səhifəsində Ermənistanın baş naziri Nikol Paşinyan, Türkiyə prezidenti Rəcəb Ərdoğan və Azərbaycan prezidenti İlham Əliyevin ŞƏT sammitində qonaq qismində iştirak edəcəyini yazıb. Sammitdə Belarus prezidenti Aleksandr Lukaşenko, İran prezidenti İbrahim Rəisi, Monqolustan prezidenti Uxnaaqin Xurelsux da ŞƏT-in müşahidəçi ölkələrinin liderləri kimi iştirak edəcəklər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər