Baş nazir Nikol Paşinyan “Facebook” səhifəsində Ermənistanla Azərbaycan arasında heç bir sənəd imzalanmadığını və imzalanmayacağını bildirib.
“Əziz həmvətənlər, heç bir sənəd imzalanmayıb və imzalanmayacaq. Bu, xarici qüvvələrin ölkənin müqavimətini qırmağa yönəlmiş informasiya təxribatıdır”.
Xatırladaq ki, bu gün Paşinyan parlamentdə sülh naminə çətin qərarlar qəbul etmək məsuliyyətini öz üzərinə götürdüyünü bildirib.
“Biz bir kağıza imza atmaq istəyirik ki, bunun nəticəsində çoxları bizi tənqid edəcək, söyəcək, bizi satqın adlandıracaq, xalq hətta bizi hakimiyyətdən uzaqlaşdırmaq qərarına gələ bilər, amma biz nəticədən daha çox razı qalacağıq. 29.800 kvadrat kilometr ərazisi olan Ermənistanda davamlı sülh və təhlükəsizlik olacaq. Mən çox açıq deyirəm: bunu təmin edəcək qərarı imzalayacağam. Və məni başıma nə gələcəyi maraqlandırmır. Məni Ermənistanın gələcəyi maraqlandırır”, - deyə o bildirib.