18 Sentyabr 2022 18:25
2 405
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Nensi Pelosi Cafesjian muzeyinə getdi, Avarayr döyüşünün şəklinin qarşısında dayandı və burada ermənilərin farslara qarşı müharibəsinin necə təsvir olunduğunu danışmağa başladı. Bu, Nensi Pelosinin Ermənistana niyə gəldiyini və səfərin əsl məqsədlərinin nədən ibarət olduğunu göstərir".

Teleqraf.com xəbər verir ki, bunu erməni siyasi analitik Agrişti Kiviryan bildirib.

Qeyd edək ki, Avarayr döyüşü 26 may 451-ci ildə sasanilərlə ermənilər arasında Maku ilə Xoy arasındakı Avarayr düzündə olub. Döyüşdə ermənilər məğlub olub.

Nensi Pelosi Ermənistandakı Cafesjian Müasir İncəsənət Muzeyində Q.Xanjyanın "Avarair" tablosu qarşısında çıxış edərək deyib: “Bu şəkil xristian Ermənistanın farslarla mübarizə epizodudur.”

Erməni ekspert bildirib ki, Pelosinin səfəri öncəsi İran ordusunu Ermənistanla sərhəddə gətirib: "Bizim siyasi axmaqlar özlərini Nensi Pelosinin ayağından asıblar ki, ey sən bizim unikal xilaskarımızsan. Ey axmaqlar, bu regionda ancaq gücə hörmətlə yanaşılır və Azərbaycanın dövlətçiliyinə və ərazi bütövlüyünə tarixən və faktiki olaraq təhlükə yaradan cəmi iki dövlət var. Biri Rusiya, digəri İran. İlham Əliyev ancaq Moskva və Tehranla ehtiyatlı davranır. Digər ölkələr, xüsusilə də, enerji baxımından Azərbaycandan asılı olan öılkələrin mövqeləri İlham Əliyevin vecinə də deyil. İnsan haqları, demokratiya tərəfdarı olan Qərb heç vaxt Azərbaycana qarşı ciddi addım atmayacaq. İndi isə Rusiya-Ukrayna müharibəsi nəticəsində Qərbin alternativ enerji daşıyıcılarına ciddi ehtiyacı olduğu bir vaxtda ABŞ Bakını ciddi şəkildə təhdid etməyə qadirdirmi? O, nə edəcək və nə üçün edəcək, ermənilərin xətrinə öz maraqlarının əleyhinə gedəcəkmi?"

Ekspert qeyd edir ki, ABŞ-ın hədəfi Azərbaycan yox, İrandır: "Əgər indi Ermənistan İranın əzəli düşməni olan ABŞ-a ümid bağlayırsa, o zaman Tehranın yeni Ermənistan siyasətinə də hazır olmalıyıq"


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər