19 Sentyabr 2022 20:26
2 450
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Paşinyanın ciddi rəqibi olsaydı, İkinci Qarabağ müharibəsindəki ağır məğlubiyyətdən sonra parlament seçkisində məğlub olardı”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert Ermənistanın ictimai-siyasi həyatındakı son gəlişmələrə diqqət çəkib:

“Nikol Paşinyanın Ermənistanda əsas rəqibi kimdir? Beləsi olmadığına görə Paşinyanı devirə bilmirlər, çünki erməni cəmiyyətinin əksər hissəsi ona alternativ görmür. Serj Sərkisyanın hakimiyyəti laxlayanda qarşısında Nikol Paşinyanı gördü, erməni cəmiyyəti onun arxasınca gedib hakimiyyətə gətirdi. Paşinyanın ciddi rəqibi olsaydı, İkinci Qarabağ müharibəsindəki ağır məğlubiyyətdən sonra parlament seçkisində məğlub olardı. Əksinə, Paşinyan parlamentdə mövqeyini gücləndirdi.

Keçmiş prezdent Serj Sərkisyan ortada yoxdur, çəkilib kənara, çünki nüfuzunun olmadığını bilir.

Digər keçmiş prezident Robert Köçəryan müxalifət liderliyinə iddialıdır. Ancaq o parlamentə getməyi özünə sığışdırmayıb, fraksiyasını keçmiş müdafiə naziri Seyran Ohanyana tapşırıb. Köçəryan küçə mitinqlərinə də qatılmır, hər dəfə oğlunu göndərir. Özünü həm parlamentdən, həm də küçə mübarizəsindən yüksəkdə tutur. Ancaq Köçəryan tam passiv görünməsin deyə, bu gün tərəfdarlarıyla İrəvandakı “Moskva” kinoteatrında görüş keçirib. Görüş mətbuata qapalı şəkildə baş tutub.

Köçəryan növbəti günlərdə mətbuat konfransı keçirməyi düşünür. Əgər Köçəryan fəal siyasətə qayırdarsa, qarşısında iki hədəfi – Nikol Paşinyana qarşı istefa hərəkatını genişləndirmək və Ermənistanın Rusiyanın obritindən çıxmasını qarşısını almaq olacaq. Köçəryan hər ikisinə nail olmaq üçün Kremldən dəstək istəyəcək”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər