27 Sentyabr 2022 16:52
2 650
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Levon Ter-Petrosyan açıq şəkildə bildirib ki, təslim olmağa hazırlaşmaq lazımdır, masanın üstündə bununla bağlı sənəd var”.

Teleqraf.com erməni mediasına istinadla xəbər verir ki, bunu “Ermənistan” blokundan olan deputat Armen Rüstəmyan deyib.

Onun fikrincə, bu sənəd o deməkdir ki, dövlət nominal olaraq yaşayacaq, lakin müstəqilliyini və suverenliyini qoruyub saxlamaq qabiliyyətini itirəcək, daha milləti qorumaq funksiyasını yerinə yetirə bilməyəcək:

“Biz uzun müddətdir ki, Ter-Petrosyanın yanaşmalarına qarşı mübarizə aparırıq. Bu elə adamdır ki, ermənilərin heç nəyə qadir olmadığnı sübut etməyə çalışır ki, biz burada ancaq azərbaycanlıların və türklərin icazəsi ilə yaşamalıyıq.

Ter-Petrosyan 1990-cı illərdən burada yaşaya bilmək üçün təslim olmağın qaçılmazlığından danışır. Başqalarını təslim olmağa inandırmağa çalışır. Paşinyanın təkliflərinə gəlincə, onların hamısı yeni kapitulyasiyaya gətirib çıxaracaq. Nə müxalifət Paşinyana Ermənistan üçün ən ağrılı variantı seçməkdə kömək etməlidir?”.

Onun sözlərinə görə, digər vacib məqam isə Ter-Petrosyanın bu yaxınlarda Ermənistanın digər prezidentləri ilə kilsədə keçirdiyi görüşdə hamının öz sözünü deməli olması ilə bağlıdır:

“Mən bunda qəribə bir şey görmürəm. Bizim məqsədimiz birləşmək olmalıdır, bunu Ter-Petrosyan da bəyan edib. Amma onun fikirlərinin qalan hissəsi anlaşılmazdır. O, iqtidarla müxalifətin nə ətrafında dialoq aparması məsələsinə toxunmayıb”.


Müəllif: Nemət