“Müxalifətin parlament vasitəsilə hakimiyyətə gəlməsi mümkün deyil”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın sabiq prezidenti Robert Köçəryan mətbuat konfransında deyib.
“Parlament üzvlərinin barmaqlarını kəssən, mənə səs verməzlər. Nə mənə, nə İşxan Saqatelyan, nə də radikal müxalifətin digər nümayəndələrinə”, - keçmiş prezident bildirib.
Köçəryanın fikrincə, hakimiyyət dəyişikliyinə nail olmağın başqa yolu küçədir:
“On minlərlə insan parlamentin qarşısına toplaşaraq deputatlara elə təzyiq göstərə bilərlər ki, onlar baş nazir kimi hamı üçün məqbul olan başqa bir namizədi seçmək məcburiyyətində qalarlar. Bu bir dəfə 2018-ci ildə baş verib. Amma bu gün belə bir təzyiq yoxdur”.