“44 günlük müharibədən sonra Ermənistanın regiondakı rolu xeyli azalıb”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın ikinci prezidenti Robert Köçəryan deyib.
Mətbuat konfransında çıxış edən Köçəryan Ermənistanı “dilənçi” adlandırıb və qeyd edib ki, indi heç kimi belə bir zəif dövlətlə əməkdaşlıq etmək istəmir.
“Heç kim zəif, ağlayıb-sızıldayan insanları sevmir, heç kim o kateqoriyadan olan insanlarla dostluq etmir, beynəlxalq münasibətlərdə də belədir. Dilənçilərə hörmətdən yox, yazıqları gəldikləri üçün nəsə verilir”, - eks-prezident bildirib.