1 Oktyabr 2022 13:30
1 063
12 Punto 14 Punto 16 Punto 18 Punto

Döyüş mövqeyində güllə yarası ilə meyiti tapılan Ermənistan ordusunun hərbçisinin sıravi əsgər Qraçya Tiqran Karamyan olduğu bəlli olub.

Teleqraf.com xəbər verir ki, Qraçya sentyabrın 12-13-də sərhəddə Ermənistanın Azərbaycana qarşı başlatdığı təxribat nəticəsində yaranmış qarşıdurmada iştirak edib.

Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, 2003-cü il təvəllüdlü Karamyanın meyiti sentyabrın 30-da gecə saatlarında N saylı hərbi hissəsinin döyüş mövqeyində tapılıb.

Hadisənin hansı səbəbdən baş verdiyi bəlli deyil, araşdırma aparılır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər