18 Oktyabr 2022 19:48
6 244
12 Punto 14 Punto 16 Punto 18 Punto

2020-ci il noyabrın 10-da qəbul edilən üçtərəfli bəyannamədə Ermənistan ərazisi ilə bağlı “dəhliz” haqqında hər hansı bir qeyd yoxdur.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan özünün “Twitter” mikrobloqunda yazıb.

“10 noyabr tarixli üçtərəfli bəyanatda “dəhliz”dən bəhs edilirmi? Bəli. Bu Dağlıq Qarabağa gedən yeganə Laçın dəhlizidir”, - baş nazir yazıb.

O, başqa bir yazısında bunları deyib: “Ermənistan Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında yeni yolların tikintisi ilə bağlı hər hansı birtərəfli öhdəlik götürürmü? Yox. Ermənistanla Azərbaycan arasında razılaşma ilə bu baş verə bilərmi? Bəli! Ermənistan öz qanunvericiliyinə uyğun olaraq bunu etməyə hazırdır. Azərbaycanın müsbət cavabı lazımdır”.

Paşinyan bir az da irəli gedərək növbəti həyasız bəyanat səsləndirib. Onun iddiasına görə, tvit və reaksiya sübut edir ki, heç kim Ermənistanı öhdəliklərindən yayınmaqda günahlandıra bilməz.

"Bir daha deyirəm ki, biz öhdəliklərimizi yerinə yetirmək və regionun çoxşaxəli blokadası nəticəsində yaranan imkanlardan istifadə etmək üçün 3 nəzarət-buraxılış məntəqəsi açmağa hazırıq", - Baş nazir bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər