İrəvanda KTMT-nin iclası keçirilir.
Teleqraf.com erməni mediasına istinadən xəbər verir ki, iclasda Rusiya prezidenti Vladimir Putin, Belarus prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan prezidenti Sadır Japarov və Tacikistan prezidenti Emoməli Rəhmon iştirak edir.
Kollektiv Təhlükəsizlik Şurasının üzvləri iclaslar arası dövrdə beynəlxalq və regional təhlükəsizliyin aktual məsələlərini və KTMT-nin fəaliyyətinin əsas nəticələrini müzakirə edəcəklər.
İclas zamanı Kollektiv Təhlükəsizlik Şurasının bəyannaməsinin qəbulu planlaşdırılır.