19 Yanvar 2023 12:18
2 488
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan ordusunun Geqarkunik rayonunun Azat kəndindəki N saylı hərbi hissəsində baş vermiş yanğında ölənlərin hamısı çağırışçılardır.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Hərbi hissədə baş vermiş yanğın nəticəsində 15 çağırışçı həyatını itirib. Altı çağırışçı və bir zabit isə fiziki xəsarətlə Geqarkunik qarnizonunun xəstəxanasına çatdırılıb.

Olaylar əlaqədar cinayət işi açılıb.


Müəllif: Mənsur Rəğbətoğlu