Oxşar xəbərlər
“Ermənistan sürətli və intensiv şəkildə parçalanır”.
Teleqraf.com xəbər verir ki, bunu erməni siyasi analitik Vahe Ovannisyan deyib.
“Müharibə və məğlubiyyətdən sonra restoranlarda şənliklər dayanmadı. Bu normal sayıldı. 5000 qurbandan sonra ölkənin rəhbər simaları Mikonosa uçdular. Bu da normal hesab olundu. Müharibə Cermuxa (Dərələyəzə) çatır, 200-dən çox qurban bir neçə günə unudulur. Ölkə başçısının (Nikol Paşinyan) hər çıxışı gələcək fəlakətin anonsudur və öz bacarıqsızlığının bəyanıdır”, - Ovannisyan bildirib.
Ekspert Ermənistan cəmiyyətinin qoyun kimi baş verənlərə boyun əydiyini söyləyib.