Oxşar xəbərlər
“Rusiya bir müddətdir ki, Ermənistana silah satmır”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın “Milli Gündəm” partiyasının sədri Avetik Çələbyan deyib.
“Əvvəllər Rusiyadan silah alırdıqsa, indi bunu edə bilmirik. Rusiya bizə ona görə silah satmır ki, ilk növbədə, onun silahı yoxdur, ikincisi, öz ehtiyaclarını güclə ödəyir. Digər yandan, çox yaxşı görürük ki, siyasi sahədə problemlər var”, - Çələbyan bildirib.
Partiya sədri baş verənlərdən Ermənistan rəhbərliyinin məsuliyyət daşıdığını iddia edib.