Ermənistanin Atom Elektrik Stansiyasının (AES) sabiq direktoru həbs edilib.
Teleqraf.com xəbər verir ki, o, 2002-2014-ci illərdə quruma həvalə edilən vəsaitdən külli miqdarda- 1 milyon 27 min 470,9 dollar mənimsəməkdə ittiham olunur.
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin istintaq idarəsinə sabiq direktorun qulluq mövqeyindən istifadə edərək, araşdırma aparmadan 2011-ci ildə tenderin yeganə iştirakçısı olan Rusiyanın “Novenerqoprom” şirkətindən 33 milyon 544 min 438,20 rubl qiymətində bazar dəyərindən çox baha olduğu halda 14 armatur dəsti alıb.
Ehtiyac olmadığından həmin armaturlar istifadə olunmayıb və uzun müddət mərkəzi anbarda saxlanılıb, nəticədə yararlılıq müddəti keçib. 2015-ci ildə “Ermənistan Atom Elektrik Stansiyası” QSC 592 min ABŞ dollarına (283 milyon 5 min 600 dram) “Rusatom Service” ASC-dən bir dəst 37 aralıq armatur almağa məcbur olub.
22 dekabr 2022-ci il tarixdə prokurorun təşəbbüsü ilə direktor Cinayət Məcəlləsinin 256-cı maddənin 3-cü hissəsinin 3-cü bəndinə əsasən ittiham edilib.
Qeyd edək ki, söhbət ANPP-nin keçmiş baş direktoru Qaqik Markosyandan gedir. 2016-cı ildə o, xüsusilə külli miqdarda mənimsəmə maddəsi ilə açılmış cinayət işi üzrə şərti olaraq 5 il 9 ay həbs cəzasına məhkum edilib.