24 Mart 2023 19:36
1 749
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan və Türkiyə 2023-cü ilin turizm mövsümünün əvvəlinə qədər üçüncü ölkə vətəndaşları və diplomatik pasportu olan şəxslər üçün sərhədin açılması barədə razılığa gəlib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Parlamentin Xarici Əlaqələr Komitəsinin iclasında bildirib.

Nazir qeyd edib ki, Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması prosesi 2022-ci ildə də davam edib.

Mirzoyan xatırladıb ki, fevralın 15-də zəlzələ nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı başsağlığı vermək üçün Türkiyəyə işgüzar səfərə gedib.

“Biz Türkiyənin xarici işlər naziri ilə builki turizm mövsümünün açılışına qədər üçüncü ölkə vətəndaşları və diplomatik pasportu olan şəxslər üçün Ermənistan-Türkiyə sərhədini açmağa hazır olduğumuzu bir daha təsdiqləmişik”, - Mirzoyan bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər