Ermənistanın bu gün saxladığını bildirdiyi əsgərimizin fotosu yayılıb.
Teleqraf.com Axar.az-a istinadla xəbər verir ki, erməni Teleqram kanallarının paylaşdığı fotoda əsgərimizin fiziki təcavüzə məruz qaldığı görünür.
Qeyd edək ki, Azərbaycan MN Naxçıvanın Şahbuz istiqamətində duman səbəbindən iki əsgərimizin - 2004-cü il təvəllüdlü Aqşin Qabil oğlu Bəbirov və 2003-cü il təvəllüdlü Hüseyn Əhliman oğlu Axundovun itkin düşdüyü haqda məlumat yaymışdı.
Ermənistan MN isə əsgərlərdən birinin 11 apreldə Zəngəzur mahalının Bnunis kəndində, digərinin isə bu gün Ermənistan ərazisində tapılaraq, saxlanıldığını açıqlayıb.