Fransanın Ermənistandakı səfirliyində müdafiə missiyası yaradılacaq.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistanda səfərdə olan Fransa xarici işlər naziri Ketrin Kolonna deyib.
“Fransanın Ermənistandakı səfirliyində müdafiə missiyasının yaradılması bu əsas sahədə ikitərəfli əməkdaşlığımızı dərinləşdirməyə imkan yaratmalıdır”, - Fransa xarici işlər naziri bildirib.