"Biz sülh müqaviləsi təklifini Qərbdən yox, Rusiyadan almışıq və qəbul etmişik".
Teleqraf.com xəbər verir ki, bu barədə Nikol Paşinyan parlamentdəki çıxışında bildirib. .
“Qərbdən Rusiyanın təklifinə məzmun baxımından zidd olan heç bir təklif olmayıb. Praqada biz ölkələrin ərazi bütövlüyünü təsdiqləməyə razılaşdıq. Ərazi bütövlüyü prinsipi Madrid prinsiplərinə uyğun olaraq qəbul edilir və biz daim öz müqəddəratını təyinetmədən danışırıq. Səs-küy yüksəlir, burada təfərrüatlardan söhbət getmir, sadəcə başlıq, mətn itir. 30 il öz müqəddəratını təyinetmə başlığı altında yaşadıq, ancaq təfərrüata varmadıq", deyə Paşinyan qeyd edib.
Erməni baş nazirinə görə, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyıb: "Bəli, tanımışıq, çünki biz tanımasaq, bizimkini də tanımayacaqlar. Belə bir təəssürat yaratmağa cəhd edilir ki, guya biz səhərdən axşama kimi Azərbaycanın ərazi bütövlüyünü xainliklə necə tanımaq barədə düşünürük. Bu, şişirdilmiş görünə bilər, amma praktiki olaraq bizim müstəqil dövlət kimi delimitasiya edilmiş sərhədimiz yox idi. Qanunla qorunmayan sərhəd müvəqqətidir, problem budur”, - Paşinyan bildirib.