Ermənistanın baş naziri Nikol Paşinyanın oğlu Aşotu oğurlayan 44 günlük Vətən müharibəsində məhv edilmiş erməni əsgər Jora Martirosyanın anası Qayane Akopyanın həbs qərarından apellyasiya şikayəti verilib.
Teleqraf.com erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə Akopyanın vəkili Vaan Hovhannisyan Facebook səhifəsində yazıb.
Xatırladaq ki, mayın 17-də bir qrup QHT üzvü baş nazirin oğlunu qaçırmağa cəhd ediblər. Onlar Aşot Paşinyanı maşınlarına minməyə məcbur ediblər, lakin o, avtomobildən düşüb qaça bilib. Bu zaman onu polis maşını vurub.