16 İyun 2023 16:18
1 234
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Respublika Partiyası sədrinin müavini Armen Aşotyan iki ay müddətinə həbs edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə onun vəkili Tiqran Atanesyan deyib.

Armen Aşotyan İrəvan Dövlət Tibb Universitetində sui-istifadə halları ilə bağlı cinayət işi üzrə bir sıra maddələrlə ittiham olunur.

Siyasətçi ona qarşı irəli sürülən ittihamları qəbul etmir və siyasi təqiblərə məruz qaldığını iddia edir.

Respublika Partiyasının lideri keçmiş prezident Serj Sərkisyandır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər