"Hər həftə müşahidəçilərimiz Ermənistan-Azərbaycan sərhədinin təhlükəsizliyinə nəzarət etmək üçün təxminən 3800 km məsafə qət edirlər".
Teleqraf.com xəbər verir ki, bu barədə Aİ-nin Ermənistandakı missiyası Twitter-də qeyd edib.
“Müşahidəçilərimiz hər həftə Ermənistan və Azərbaycan arasında sərhəd bölgələrində təhlükəsizlik hadisələrini izləmək üçün şimaldan cənuba və şərqdən qərbə təxminən 3800 km məsafə qət edirlər. Aİ missiyası da Yerasx kəndində olub və bu həftə baş verən hadisədən dərhal sonra fabrik sahibləri ilə görüşüb”, deyə missiyanın məlumatında bildirilir.