İyulun 6-da Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Fransanın xarici işlər naziri Ketrin Kolonna ilə telefon danışığı aparıb.
Teleqraf.com Ermənistan mətbuatına istinadən xəbər verir ki, erməni nazir Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesində baş verən son hadisələri fransız həmkarının diqqətinə çatdırıb.
"Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin demarkasiyasına, beynəlxalq mexanizm çərçivəsində Qarabağ əhalisinin hüquq və təhlükəsizliyi, eləcə də iqtisadi və nəqliyyat kanallarının blokdan çıxarılması müzakirə edilib", deyə məlumatda qeyd olunur.