10 İyul 2023 19:11
1 301
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Silahlı Qüvvələrinin üçüncü ordu korpusunun keçmiş komandiri, general-mayor Qriqori Xaçaturovun işi üzrə icraat dayandırılıb.

Teleqraf.com xəbər verir ki, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin Konstitusiya Məhkəməsinə şikayət edəcəyi bildirilib.

Hərbi hüquqşünas Akop Yenokyan deyib ki, Cinayət Məcəlləsinin bəzi normalarının Əsas Qanuna uyğunluğunun yoxlanılması qərara alınıb. Xaçaturovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı müdafiə tərəfinin vəsatətinə baxılması da avtomatik olaraq təxirə salınır.

Çirkli pulların yuyulmasında, vəzifə səlahiyyətlərindən istifadə edərək qanunsuz əldə edilmiş əmlakın leqallaşdırılmasında təqsirləndirilən general mart ayından həbsdədir.


Müəllif: Mənbə/Trend

Oxşar xəbərlər