“Rusiya özü atdığı və ya atmadığı addımlara görə Cənubi Qafqazı tərk edir”.
Teleqraf.com xəbər verir ki, bunu İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsində Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
“Rusiya kifayət qədər uzun müddətdir regionumuzda - Cənubi Qafqazdadır. Amma biz elə hallar görmüşük ki, bir gün, bir ay və ya bir ildə Rusiya Cənubi Qafqazı tərk edib. Məsələn, indi bir çox rusiyalı tərəfdaşlarımız Qərb dövlətlərinin Ermənistanla işləməsindən və ya Ermənistan hökumətini Rusiyanı regionumuzdan sıxışdırıb çıxarmağa yönəlmiş tədbirlər görməyə sövq etməsindən danışırlar.
Amma biz rusiyalı tərəfdaşlarımızla danışanda bəzən deyirik, öz fikrimizi səsləndiririk ki, Rusiya atdığı və ya atmadığı addımlara görə bölgədən gedir. Hansı səbəblərdən, biz bilmirik. Şərh verə bilərik, amma mən iddia edə bilmərəm. Spekulyasiya edə bilərdim, amma indi etməyəcəm. Amma bu məsələ bizi çox narahat edir, maraqlandırır. Amma elə proseslər var ki, elə fikir formalaşdırır ki, bu ssenari təkrarlana bilər, bir gün biz ayılıb Rusiyanın burada olmadığını görəcəyik”, - baş nazir bildirib.