“Baş nazir Nikol Paşinyan Ermənistanı KTMT ilə NATO arasındakı münaqişənin mərkəzində qoyub. Bu o deməkdir ki, ölkəmiz parçalanacaq”.
Teleqraf.com xəbər verir ki, bunları “Ermənistan” alyansın lideri, parlamentin keçmiş deputatı Andranik Tevanyan deyib.
“Ermənistan” alyansının rəhbəri hakimiyyəti tamamilə dəyişməyi təklif edib.
O qeyd edib ki, alyansın üzvləri ev-ev, həyət-həyət gəzərək həyəcan təbili çalır. Tevanyanın sözlərinə görə, Ermənistanın mövcudluğu təhlükə altındadır.