“İnsan öz əməlinə görə cavab verməyi bacarmalıdır”.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistan Baş naziri Nikol Paşinyanın İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsini şərh edərkən deyib.
“İnsan hər fürsətdə günahkar axtarmaq və bunu davamlı etmək əvəzinə, öz əməlinə görə cavab verməyi bacarmalıdır. Məsuliyyəti, öz məsuliyyətini boynuna götürmək lazımdır, bunun başqasının çiyinlərinə yükləmək lazım deyil. Siyasətçi, dövlət xadimi öz ölkəsinin milli maraqlarını düşünməyən təsadüfi adamdan belə fərqlənir. Bir də qeyd edim: öz hərəkətlərinə görə cavab verməyi bacarmalısan”, - Rusiya rəsmisi bildirib.
Ermənistan baş naziri məlum müsahibəsində Rusiyanın ünvanına tənqidi fikirlər səsləndirmişdi.