8 Sentyabr 2023 13:11
4 010
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın informasiya məkanı son vaxtlar Rusiya haqqında birtərəfli və mənfi məlumatların yayılması tendensiyası ilə xarakterizə olunur, bu da heç bir tərəfi qane edə bilmir.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Düşünürəm ki, Ermənistanın informasiya məkanında son vaxtlar Rusiya və Ermənistan-Rusiya münasibətləri ilə bağlı birtərəfli, neqativ, çox vaxt sadəcə həqiqətə uyğun olmayan məlumatların yayılması istiqamətində hökm sürən aydın tendensiya nə sizi, nə də bizi qane edə bilər. Bu, iki xalq arasında ənənəvi dostluq xarakterinə ziddir”, - diplomat vurğulayıb.

Onun sözlərinə görə, Moskva Rusiya ilə Ermənistan arasında düşmənçilik yaratmaq cəhdlərini, o cümlədən erməni xalqının bütün bədbəxtliklərində Rusiyanı günahlandırmaq cəhdlərini qəbuledilməz hesab edir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər