11 Sentyabr 2023 20:36
4 172
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya bankı VTB-nin İdarə Heyətinin sədri Andrey Kostin rublun xaricə ixracı üçün boşluqları bağlamağı təklif edib.

Teleqraf.com xəbər verir ki, bank rəhbəri bu məqsədlə Ermənistana pul axınının qarşısını almağı məqsədəuyğun sayır.

“Başa düşməlisiniz ki, sülh dövründə yaşamırıq, əlavə tədbirlərə (rublu dəstəkləmək üçün) ehtiyacımız var.

Tutaq ki, siz xaricə pul köçürmək qərarına gəldiniz, ayda 1 milyon dollarlıq limit var, ancaq rublla istədiyiniz qədər köçürə bilərsiniz. Bundan sonra nə olacaq? Siz Ermənistana bir milyard köçürdünüz, o da dərhal dollar şəklində qaytarılır. Məsələn, bu bağlanmalıdır”, - Kostin bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər