Ermənistanın sabiq prezidenti Robert Köçəryanın oğlu Levon saxlanarkən polislər tərəfindən döyülüb.
Teleqraf.com xəbər verir ki, bu barədə onun vəkili Aleksandr Koçubayev məlumat verib.
“Levon Köçəryanı “qırmızı beretlilər” vəhşicəsinə döyüblər. Təcili yardım briqadası onu xəstəxanaya yerləşdirib”, - vəkil bildirib.
Levon Köçəryan bu gün səhər saatlarında İrəvanda hakimiyyət əleyhinə keçirilən aksiya zamanı polis tərəfindən saxlanılıb.
Xəstəxanada ona qapalı kəllə-beyin travması və beyin silkələnməsi diaqnozu qoyulub. Vəziyyyətinin orta ağır olduğu deyilir.