28 Sentyabr 2023 16:17
3 396
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Moskva İrəvanın Roma Statutuna qoşulmaq niyyətini alqışlamır”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Ermənistan çox yaxşı bilir ki, biz bunun tərəfdarı deyilik və bunun əsasında Ermənistan qəbul edilmiş çətin qərardan (Beynəlxalq Cinayətlər Məhkəməsinin Rusiya Prezidenti Vladimir Putinin həbsi barədə) yaxşı xəbərdardır. Biz bilirik ki, bu, İrəvanda çox yaxşı məlumdur. Bu, xoş qarşıladığımız bir şey deyil”. – Kremlin sözçüsü bildirib.

Peskov Ermənistanın Roma Statutunu ratifikasiya etmək qərarını “Rusiya qarşı son dərəcə düşmənçilik” adlandırıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər