4 Oktyabr 2023 18:44
1 221
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın baş naziri Nikol Paşinyan hansı halda istefa verə biləcəyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, baş nazir parlamentdə çıxışında əgər onun gedişi ilə ölkənin bütün təhlükəsizlik problemləri həll olunarsa, istefa verə biləcəyini deyib.

Paşinyan vurğulayıb ki, o, hakimiyyətdən yapışmayıb və əgər müxalifət çağırışların öhdəsindən gəlməkdə iştirak etmək istəyirsə, buna heç nə mane ola bilməz.

“Bütün analizlər onu göstərir ki, istefa olarsa, vəziyyət daha da pis olacaq”, - baş nazir bildirib.

Qeyd edək ki, sentyabrın 19-da İrəvanda və digər şəhərlərdə etiraz aksiyaları keçirilib. Etirazçılar Nikol Paşinyan hökumətinin istefasını tələb edirlər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər