21 Oktyabr 2023 01:39
904
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Aştarak şəhərinin vitse-meri Vardan Səfəryan dava zamanı güllə yarası alıb.

Teleqraf.com xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.

Hadisə Araqatsotn rayonunda baş verib.

Oktyabrın 20-də Qalusti Dzor istirahət zonasına gedən yolda torpaq sahəsinin bölgüsü zamanı icra nümayəndələri ilə sakinlər arasında dava olub.

Sakinlərdən biri sakinləri döyən icra işçilərinəməlində olan avtomatla bir neçə dəfə atəş açıb.

Nəticədə 52 yaşlı Vardan Səfəryan və 26 yaşlı Qor P. yaralanıb.

Onlar əvvəlcə Əştərək xəstəxanasına, sonra isə İrəvandakı Erebuni tibb mərkəzinə aparılıblar.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər