27 Oktyabr 2023 11:10
1 350
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistan ötən il ilk silah partiyasını tədarük etdikdən sonra Cənubi Qafqazdakı strateji müttəfiqi Ermənistana hərbi texnikanın yeni partiyasını tədarük etməyi düşünür.

Teleqraf.com xəbər verir ki, bu barədə “Economic Times” məlumat yayıb.

Nəşr bildirir ki, bu yaxınlarda Ermənistanın yüksək rütbəli rəsmisi bu məsələni müzakirə etmək üçün Dehlidə olub.

“Hindistan Ermənistanın tələblərinə cavab verə biləcək etibarlı silah tədarükçüsü kimi özünü təsdiqləyib. Hindistanın Ermənistana bundan əvvəl göndərdiyi partiyaya “Pinaka” çoxlüləli reaktiv yaylım atəşi sistemləri, tank əleyhinə raketlər, raketlər və döyüş sursatları daxil idi”, - məlumatda deyilir.

Silahın İran ərazisindən tədarük edildiyi bildirilir.

“Ermənistana təhvil verilən yeni silahlar hazırda erməni hərbçiləri tərəfindən sınaqdan keçirilir və Ermənistan hakimiyyətinin fikrincə, nəticələr qənaətbəxşdir”, - nəşr qeyd edir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər