“Mən Ermənistan ərazisinin 29.8 min kvadratkilometr olması ilə bağlı bəyanat verdim, ondan sonra parlamentin qarşısında minlərlə insanın iştirak etdiyi aksiya keçirildi. Buradan bəlli oldu ki, biz ictimaiyyət olaraq dövlətimizin beynəlxalq səviyyədə tanınmış ərazisinin miqyası haqda o qədər də yaxşı təsəvvürə malik deyilik”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
“Bu, bilik məsələsi deyil, əslində, çəkdiyimiz bütün uğursuzluqların və acıların təməl daşıdır”, - baş nazir bildirib.
Paşinyanın sözlərinə görə, dağılan dünya düzənində Ermənistanın təhlükəsizliyini təmin edə biləcək yeganə vasitə beynəlxalq səviyyədə tanınmış sərhədləri və ərazi bütövlüyünün cəmiyyət tərəfindən qəbul edilməsidir.
Ermənistan baş naziri bununla qonşu ölkələrə ərazi iddialarının onlara problem yaratdığına eyham vurub.