22 Noyabr 2023 14:58
4 643
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Sülh qovşağı” layihəsi Ermənistanı Şimaldan Cənuba, Qərbdən Şərqə uzanan mövcud və gələcək nəqliyyat yollarının (dəhlizlərinin) paylanması mərkəzinə çevirməyi və bütün qonşularla normal münasibətlərin bərpasını nəzərdə tutur.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Prezidenti Vaaqn Xaçaturyan deyib.

“Ermənistan regional iqtisadi və nəqliyyat kommunikasiyalarının blokadadan çıxarılmasında, suverenliyə, yurisdiksiyaya, bərabərlik və qarşılıqlılıq prinsiplərinə hörmətlə yanaşmaqda maraqlıdır. Bunları mümkün qədər tez həyata keçirməyə hazırdır, bu da öz növbəsində regionda təhlükəsizliyi və sabitliyi təmin edəcək”, - Xaçaturyan bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər