Ermənistan hakimiyyətinin xarici siyasəti bölgədəki mövcud geosiyasi şərtlərə uyğun deyil, bu da ölkəmizin problemlərini artırır, bizi təhlükəyə yaxınlaşdırır.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Seyran Ohanyan deyib.
“Ermənistan hakimiyyətinin zamana uyğun olmayan şəkildə formalaşdırdığı siyasət ona gətirib çıxarıb ki, ölkəmiz ətrafında halqa günbəgün daralır”, - deputat bildirib.
Ohanyan Ermənistanın bu siyasətinin təhlükəli olduğunu vurğulayıb.