5 Dekabr 2023 15:45
1 331
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın sabiq prezidenti Robert Köçəryanın oğlu atasının siyasi proseslərdəki passivliyindən danışıb.

Teleqraf.com xəbər verir ki, Levon deyilənlərin əksinə olaraq, atasının “fəal” olduğunu iddia edir.

“Əslində, Robert Köçəryan aktivdir, ictimai passivlikdən söhbət gedirsə, bu, onun qərarıdır, amma siyasi baxımdan kənara çəkilməyib”, - o bildirib.

Levon 44 günlük müharibədən sonrakı durumun Robert Köçəryan üçün ağır olduğunu da söyləyib:

“Mövcud reallıq onun üçün çox ağırdır”.

Onun iddiasına görə, Ermənistanın sabiq prezidenti görüşlər keçirir, müzakirələr aparır və sair.

Levon Köçəryan Ermənistan parlamentinin deputatıdır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər