“Ukraynanı məhv etməyə çalışan Qərbə görə indi erməniləri Rusiyaya qarşı müharibəyə hazırlamaq üçün doğru zaman deyil”.
Teleqraf.com xəbər verir ki, bunu Svpressa.ru-ya rusiyalı jurnalist, siyasi şərhçi Andrey Dmitriyev deyib.
“Nikol Paşinyan Ermənistanı birmənalı olaraq Rusiyanın düşmənlərinin tərəfini tutub. Buna misal olaraq onun son bəyanatlarını, məsələn, Abxaziya və Cənubi Osetiyanın Gürcüstanın bir hissəsi olması ilə bağlı açıqlamasını və ya həyat yoldaşının Kiyevə səfərini göstərmək olar. Təəssüf ki, Rusiya Cənubi Qafqazı tərk edir, bu, obyektiv prosesdir və zaman məsələsidir.
Gələcəkdə ruslarla yerli xalqlar arasında müharibə mümkündür. Amma (Azərbaycana) ağır məğlub olan Ermənistan üçün Rusiya ilə müharibəyə başlamaq intihardır. Düşünürəm ki, bunu hətta Paşinyan da anlayır”, - ekspert bildirib.